Cənubi Qafqaz
Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olundu - FOTO
Böyük şair və filosof Nizami Gəncəvinin Gürcüstanın Marneuli şəhərindəki büstü vandalizmə məruz qalıb.
Publika.az xəbər verir ki, Marneuli-Algeti avtomobil yolunun kənarında yerləşən büstün üzərindəki mozaikalar və bəzək daşları qoparılıb.
Marneuli şəhər meriyası və digər əlaqədar təşkilatlar dahi şairin büstünün zədələnməsini qətiyyətlə pisləyiblər. Marneuli meriyasının dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə büstün bərpasına başlanılıb. Büstün bərpasını GAK-ın Dmanisi rayon təşkilatının üzvü tanınmış rəssam və bədii oyma ustası Qəşəm Süleymanov həyata keçirir.
Marneuli meri Daur İsmayılov, GAK sədri Hüseyn Yusubov, bələdiyyə məclisinin üzvləri büstün bərpa işləri ilə maraqlanıb, Qəşəm Süleymanovla söhbət edib, bərpa işləri ilə bağlı bütün lazımi yardımın göstəriləcəyini bildiriblər.
Marneulinin meri Daur İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: “Büstün vandalizmə məruz qalması hamı kimi məni də bir vətəndaş olaraq çox məyus etdi. Biz bu cür halları qətiyyətlə pisləyirik. Çox yaxşı haldır ki, GAK büstün bərpası təşəbbüsü ilə çıxış etdi və Meriya bu təşəbbüsü dəstəklədi. Hazırda büstün bərpası istiamətində ciddi iş aparılır”.

“Azərbaycan ilə Gürcüstan dövlətləri, eləcə də ayrı-ayrı regionlarımız arasında çox sıx əməkdaşlıq əlaqələri var. Biz də bu əlaqələrin daha da genişlənməsinə, möhkəmlənməsinə çalışırıq. Bəzi qüvvələrin mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mane olmasına heç vaxt yol verməyəcəyik” – deyə, D.İsmayılov vurğulayıb.
GAK sədri Hüseyn Yusubov bildirib ki, Nizami Gəncəvinin Marneulidə büstünün qoyulması iki ölkə arasındakı mədəni əlaqələrin inkişafına və Azərbaycanın böyük mütəfəkkirlərinə verilən yüksək qiymətin əyani sübutudur. Bu gün Gürcüstanın paytaxtı Tbilisi və Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və xatirələsini əbədiləşdirən lövhələr var. Tbilisidəki panteonda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından ikisinin –Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin, böyük ədiblərimiz M.F.Axundzadənin, M. Ş.Vazehin məzarları var. Marneulidə isə Nizami Gəncəvinin və N.Nərimanovun büstləri var. Bunlar Azərbaycan və gürcü xalqlarının dostluğunun, bir-birinə olan dərin hörmətin bariz nümunəsidir.

O deyib: “Düzdür zaman-zaman kimlərsə bu əlaqələrə, dostluğa zərbə vurmağa cəhd göstəriblər. Lakin onların bütün cəhdləri boşa çıxıb və hər zaman da belə olacaq. Nizami Gəncəvinin büstünün bərpası ilə əlaqədar Gürcüstanın müvafiq dövlət strukturlarından dərhal təkliflər gəldi. Biz bu təkliflərə görə öz təşəkkürlərimizi bildirdik və qeyd etdik ki, büstü özümüz öz hesabımıza bərpa edəcəyik”.
Onun sözlərinə görə, büstü bərpa olunduqdan sonra dahi şairin adı Azərbaycan və gürcü dillərində yazılacaq.
Rəssam Qəşəm Süleymanov deyib ki, büstün bərpasını öz üzərinə götürüb. O bütün işləri pulsuz həyata keçirəcəyini, büstün əvvəlki görkəmini bərpa edəcəyini bildirib. O deyib: “Nizami Gəncəvi təkcə Azərbaycan və gürcü ədəbiyyatına, elminə töhfə verməyib. O dünya ədəbiyyatına töhfə verən bir şairdir. Belə bir böyük ədibin büstünü bərpa etmək mənim üçün böyük şərəfdir”.

Şəhər sakini Mahir Sədiyev isə bildirib ki, Nizami Gəncəvinin büstünün zədələnməsi təkcə Marneuli şəhər ictimaiyyətinin deyil, ətraf bölgələrin əhalisinin də kəskin etirazına səbəb olub. Onun sözlərinə görə, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hamı bu vandalizmi törədənlərin ciddi cəzalanmasını tələb edir.

-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)















