Cənubi Qafqaz
Köçəryanın həbsinə hazırlıq başladı - Baş Prokurorluq MSK-ya siyahı verdi
Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Robert Köçəryanın cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə yerli Pastinfo.am onlayn nəşri qurumun rəsmi məlumatına istinadla məlumat yayıb.
Vəsiqədə parlament seçkilərində iştirak edən "Ermənistan" siyasi blokunun digər iki təmsilçisi — Ruslan Barseqyan və Asatur Köçəryanın da adları qeyd olunub. Prokurorluq onlara qarşı da cinayət təqibi başlanılması üçün sanksiya əldə etməyə çalışır.
Qurumun müxalifətçi siyasətçilərə qarşı istintaq hərəkətləri üçün icazə istəməsinin səbəbləri hələlik açıqlanmır. İki gün öncə isə Köçəryanın ölkədən çıxışına icazə verilmədiyi məlum olub.
Seçkilərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə müxalifət liderlərinin həbsxanaya göndəriləcəyini yazıb. Müxalifətçilərin özləri isə Mərkəzi Seçki Komissiyasının elan etdiyi səsvermə nəticələrini qanunsuz hesab etdiklərini bildiriblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)















