Cənubi Qafqaz
Onlar Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi yaratmaq istəyirdilər - Paşinyan
“Son seçkilər zamanı Ermənistan vətəndaşlarına rüşvətlər xarici qüvvələrin köməyi ilə paylanıb. Həmin qüvvələr regionda vəziyyətin partlayış həddinə çatmasında maraqlıdırlar. Bəli, seçki rüşvəti vasitəsilə konkret olaraq (Ermənistan və Azərbaycan arasında – red.) müharibə təhlükəsi yaratmaq istəyirdilər”.
Publika.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz reallığı yaxşı bilirik”, - o vurğulayıb.
Paşinyan əlavə edib ki, Ermənistanda “Qarabağ hərəkatı”nı davam etdirməməlidir.
“Ölkəmizin parlamentində həmin (ləğv edilmiş separatçı rejimin) bayrağının olması müharibə təhlükəsi deməkdir”, - Baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilican şəhərindəki son görüşü məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb:
“Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən “kim gələcək, hara gələcək, nə vaxt gələcək” kimi məsələlər uzun vaxt aparırdı. Amma bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi”. (Teleqraf)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)















