Cənubi Qafqaz
İrandan Ermənistana qeyri-adi ixrac - 143 dəstə qadın saçı kimlərə məxsusdur?
İrandan qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilməsi planlaşdırılan təbii qadın saçları aşkar edilib.
Publika.az “Gunaz” TV-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumata görə, gömrük əməkdaşları iranlı sürücünün yük maşınının kabinəsindəki yastıqların içərisində 26 kiloqram ağırlığında 143 dəstə insan saçı tapıblar.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi son aylarda oxşar halların artdığını vurğulayıb:
"Bu ilin əvvəlindən iyun ayına qədər gömrük nəzarətindən bəyan edilməmiş və ya gizli şəkildə təbii saç idxalı ilə bağlı 11 hal aşkar edilib. Ümumilikdə, Ermənistanın dövlət sərhədindən ölkəyə 135,7 kiloqram ağırlığında 621 dəstə təbii saç daxil etməyə cəhd edilib".
İranlı sosial media fəalları və xaricdə fəaliyyət göstərən fars dilli müxalif media, saçların yanvar etirazlarında öldürülən etirazçı qız və qadınlara aid olduğunu iddia edirlər.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)














