Cənubi Qafqaz
Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
İyunun 28-də Ermənistanın Ararat vilayətində faciəvi hadisə baş verib.
Publika.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.
Bildirilib ki, saat 14:15 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin Ararat vilayəti taboruna İrəvan–Yerasx avtomobil yolunun 45-ci kilometrliyində, Vedi inzibati ərazisində "Changan" markalı avtomobildə meyit olması barədə operativ məlumat daxil olub.
Hadisə yerində alınan operativ məlumatların doğru olduğu müəyyən edilib. Sözügedən avtomobildə kişi meyiti aşkar edilib. Hadisə barədə məlumat Patrul Xidmətinin Ararat vilayəti taborundan Ermənistan Respublikası İstintaq Komitəsinin Ararat vilayəti üzrə istintaq idarəsinə ötürülüb. İdarənin rəisi Qagik Arakelyan, rəis müavinləri Nerses Muradyan, Geqam Mkrtçyan və baş müstəntiq Artakın rəhbərliyi ilə istintaq qrupu hadisə yerinə gəlib. Faktla bağlı Vedi istintaq şöbəsində cinayət işi başlanıb, avtomobilin sahibinin və ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.
İstintaqın göstərişi ilə avtomobil polis şöbəsinin Vedi bölməsinin mühafizə olunan xüsusi ərazisinə aparılıb. Fotojurnalistin məlumatına görə, sürücü "Avangard" Tibb Mərkəzinin təsisçisi, Milli Məclisin keçmiş deputatı, keçmiş səhiyyə naziri Qagik Stambultsyandır. İlkin məlumatlara görə, o, avtomobili idarə edərkən qəfil vəfat edib, bu da qəzaya səbəb olub.
Hüseyn İbadlı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)














