Cənubi Qafqaz
Paşinyan Gözəlyanı vəzifədən çıxardı
Ermənistan Prezidenti Vahan Xaçaturyan Armen Gözəlyanı Xüsusi Təyinatlı Ordu Korpusunun komandiri vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, Prezident bu addımı Baş naziri Nikol Paşinyanın təklifi əsasında atıb.
"Baş nazirin təklifi əsasında, Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də "Hərbi xidmət və hərbçilərin statusu haqqında" Qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Armen Gözəlyan Xüsusi Təyinatlı Ordu Korpusunun komandiri vəzifəsindən azad edilir", - deyə fərmanda bildirilib.
Polkovnik Armen Gözəlyan daha əvvəllər Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini vəzifələrində çalışıb. O, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Gözəlyan qondarma "Dağlıq Qarabağ ordusu"nda hərbi hissələrdən birinin komandiri olub.
Xüsusi Təyinatlı Ordu Korpusu 2021-ci ilin avqust ayında yaradılıb. Gözəlyan 1 fevral 2023-cü ildə bu korpusun rəhbərliyinə gətirilmişdi. (Modern.az)
-
MDB16:31Zelenski ilk dəfə olaraq o görüntüləri yaydı - VİDEO
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

































.jpg)




