Cənubi Qafqaz
Ermənistanı qarışdırmaq üçün “DÜYMƏ BASILDI” - Daha genişmiqyaslı mərhələsinin başlayır
Ermənistan Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı qərarı mübarizənin sonu deyil, siyasi müqavimətin yeni, daha genişmiqyaslı mərhələsinin başlanğıcıdır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın beş müxalif siyasi qüvvəsi birgə bəyanat yayıb.
Bəyanat Samvel Karapetyanın "Güclü Ermənistan" və Robert Köçəryanın "Ermənistan" blokları, həmçinin Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan", Levon Ter-Petrosyanın "Erməni Milli Konqresi" və "Milli Demokratik Qütb" partiyaları tərəfindən verilib.
Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlamaq barədə qərar qəbul edib.
İyunun 7-də Ermənistanda başa çatan parlament seçkilərində deputat mandatı uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Seçkilərin favoriti hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası idi. Onun əsas rəqibi isə respublikanın ən varlı şəxslərindən biri olan Samvel Karapetyanın "Güclü Ermənistan" bloku hesab olunurdu.
Bir həftə sonra Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb. "Çiçəklənən Ermənistan" partiyası 3,9 faiz (58 287 səs) toplayaraq parlamentə düşmək üçün lazım olan 4 faizlik keçid həddini aşa bilməyib. Beləliklə, parlamentə "Vətəndaş müqaviləsi" (49,7%), "Güclü Ermənistan" (23,2%) və "Ermənistan" (9,9%) blokları daxil olacaq. Bununla da, "Vətəndaş Müqaviləsi" təkbaşına Nazirlər Kabinetini formalaşdırmaq hüququ qazanıb.
Hüseyn İbadlı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?




















.jpg)












