Cənubi Qafqaz
Rusiya erməni konyakına məhdudiyyət qoydu: İstehsal kəskin azaldı
Rusiyanın Ermənistandan konyak idxalına məhdudiyyət tətbiq etməsindən sonra yerli spirtli içki istehsalçıları istehsal zəncirini qısa müddətdə yenidən qura bilməyib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri "Alkopro" Gildiyasının rəhbəri Andrey Moskovskiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyada istehsal olunan konyakın əhəmiyyətli hissəsi Ermənistandan idxal edilən konyak spirtləri əsasında hazırlanır. Tədarükə qoyulan məhdudiyyətlərdən sonra müəssisələr eyni keyfiyyətdə alternativ xammal tapa bilməyib. Nəticədə iyun ayında konyak istehsalı kəskin azalıb.
Andrey Moskovskinin sözlərinə görə, istehsalçılar cəmi bir ay yarım ərzində logistika və istehsal zəncirini yenidən qurmaqda ciddi çətinliklərlə üzləşiblər. Bu da hazır məhsul istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Məlumata görə, iyun ayında Rusiyada konyak istehsalı 26,67 faiz azalıb. İlin ilk altı ayının yekununda isə azalma 6,6 faiz təşkil edib.
-
MDB10:31Ukraynada nə baş verir? - Bütün ballistik raketlər hədəfə dəyib?
-
İdman09:48Futbolçular qəzaya düşdülər: "Polimer"in hücumçusu öldü
-
Avropa09:28Finlandiyanın müdafiə naziri Rusiya təyyarələrinin vurulması çağırışını pislədi
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
























.jpg)










