Cənubi Qafqaz
Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
Ermənistan və ABŞ arasında kənd təsərrüfatı məhsullarının Amerika bazarına ixracı ilə bağlı danışıqlar aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidmətinin rəhbəri Daniel Uitli iştirak ediblər.
Tərəflər Ermənistanın kənd təsərrüfatı məhsullarının ABŞ bazarına çıxarılması imkanlarını, eləcə də erməni ərzaq məhsullarının Amerika bazarında təşviqi məsələlərini müzakirə ediblər.
Məlumata görə, Ermənistan Rusiya bazarından asılılığı azaltmaq məqsədilə Avropa İttifaqı və ABŞ bazarlarında mövqeyini gücləndirməyə çalışır. Bu çərçivədə ölkə artıq bəzi akvakultura məhsulları və balıq məhsullarını Aİ ölkələrinə ixrac etmək hüququ əldə edib.
Bundan əvvəl Avropa İttifaqı Ermənistanın Rusiya bazarından asılılığını azaltmaq üçün ölkəyə 50 milyon avrodan çox dəstək ayıracağını açıqlamışdı. Bu addım Rusiyanın Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət tətbiq etməsindən sonra atılıb.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?




















.jpg)












