Cənubi Qafqaz
Rusiya bazarı bağlandı, Avropa da qapıları tam açmır: Ermənistan çıxılmaz vəziyyətdə
Başlıq: Ermənistan Aİ bazarında çətinliklə üzləşdi: İxracatçılar bürokratiyadan şikayətlənirlər
Ermənistanın Avropa İttifaqına (Aİ) kənd təsərrüfatı məhsulları ixrac edən şirkətləri və yükdaşıyıcıları gömrük prosedurlarının uzanması və bürokratik maneələrin artmasından narazıdırlar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistan yük maşınları Aİ ölkələrində uzun müddət gömrük yoxlamasından keçirilir, möhürlənir və günlərlə terminallarda saxlanılır. Bir çox hallarda əlavə yoxlamalar və digər inzibati prosedurlar tətbiq olunur ki, bu da xüsusilə kənd təsərrüfatı və tez xarab olan məhsulların ixracı zamanı ciddi itkilərə səbəb olur.
Qeyd olunur ki, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirdiyini bəyan etsə də, eyni zamanda Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməyə çalışır. Rusiya isə dəfələrlə bildirib ki, Aİİ və Aİ ilə paralel inteqrasiya mümkün deyil.
Nəşr xatırladır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvana səfəri zamanı Ermənistanın təzə kənd təsərrüfatı məhsullarının 99%-i, içki və alkoqollu məhsullarının isə 90%-i üçün Avropa bazarının açılacağını vəd etmişdi. Lakin ekspertlər hesab edirlər ki, Aİ-nin ayırdığı maliyyə dəstəyi fermerlərin itkilərini kompensasiya etmək üçün kifayət etmir.
Hazırda Rusiyada konservləşdirilmiş məhsullar istisna olmaqla, Ermənistandan bitki mənşəli məhsulların idxalına ciddi məhdudiyyətlər tətbiq edilir. Bundan başqa, Ermənistanın bütün müəssisələrindən balıq məhsullarının Rusiyaya ixracı da məhdudlaşdırılıb. Halbuki, ölkənin ixracının 90 faizdən çoxu məhz Rusiyanın payına düşür.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



































.jpg)
