Cənubi Qafqaz
Ermənistanda fermerlər magistral yolu bağladı - Video
Ermənistanın cənub-qərbindəki Ararat bölgəsindən olan bir qrup şəxs pomidor tədarükü problemlərinin həllini tələb edərək İrəvan -Yerask beynəlxalq avtomobil yolunu bağlayıb.
Publika.az xəbər verir ki, pomidor yetişdiriciləri yerli tədarük məntəqələrinin məhsul almaqdan imtina etmələrindən şikayətləniblər.
İstehsalçıların məhsullarını Rusiyaya ixrac edə bilməməsi və hökumətin problemi həll etmək istəməməsi səbəbindən daxili bazar hazırda həddindən artıq dolub.
Etirazçılardan Artak Harutyunyan "Nnews.am"a verdiyi müsahibədə yetişdirdiyi 60 ton pomidoru sata bilmədiyini qeyd edib. "Bu vəziyyət hər il təkrarlanır və insanlar birləşənə qədər problem həll olunmamış qalır. Keçən il söz vermişdilər ki, bu il yaxşı olacaq, amma indi durum daha pisdir. Pomidorlarımız yerli müəssisələr üçün nəzərdə tutulub, amma onları almırlar. Deyirlər ki, məhsulu ixrac edə bilməyəcəyik, bəs niyə almalıyıq? İndi 60 ton pomidorum var və nə edəcəyimi bilmirəm", - deyə o bildirib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan həm pomidor, həm də xiyar satışı ilə bağlı yaranan problemi həll edəcəyinə söz verib, lakin heç nə etməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlardan sonra bölgə sakinləri yolu açmağa razılaşıblar, lakin bu şərtlə ki, problemlərinə həll yolu tapılsın. Əks halda, daha sərt tədbirlər görəcəklərinə söz verdilər.
Qeyd edək ki, Rusiya tərəfi aşkar edilmiş qanun pozuntularına görə mineral su və spirtli içkilərdən tutmuş meyvə-tərəvəzə qədər Ermənistan məhsullarının ölkəyə idxalını məhdudlaşdırıb. (Teleqraf)
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır























.jpg)





.jpg)








