Cənubi Qafqaz
Gürcüstan zülmətə qərq oldu - Türkiyə ilə...
Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi dayanıb.
Publika.az xəbər verir ki, bu barədə Tbilisi şəhərində yaşayan bloqer Nikolay Levşits "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, genişmiqyaslı elektrik kəintisinin səbəbi enerji sistemlərini Türkiyə ilə birləşdirən yüksəkgərginlikli elektrik ötürücü xəttində baş verən qəza olub. İşıqlar, o cümlədən Tbilisi, Batumi, Kutaisi, Kobuleti və Telavidə də yoxdur. Bloqerin sözlərinə görə, qatarlar və elektrik qatarları hərəkəti dayandıraraq yolda qalıb. Bundan əlavə, "Magti" provayderinin 5G şəbəkəsi də söndürülüb.
"Elektrik təchizatının bərpa olunacağı vaxt hələlik məlum deyil", - deyə Levşits əlavə edib.
Qeyri-rəsmi məlumatlara görə, buna təxminən iki saat vaxt sərf oluna bilər.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































