Cənubi Qafqaz
Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
Ermənistanda 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb; onun vəziyyəti o qədər ağır olub ki, onu Kanaz hospitelinə köçürməyə məcbur qalıblar.
Pulika.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan həyəcan təbili çalıb.
"Bir qədər əvvəl məlumat aldım ki, 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb. Onun vəziyyəti o qədər ağır olub ki, Kanaz hospitelinə köçürməli olublar. Anası oğlunu tanınmaz halda, üzü deformasiyaya uğramış və qarabasmalar içində görüb. Əsgər 6 ay əvvəl psixi sağlamlıq problemi ilə orduya çağırılmışdı. Hadisə iyulun 22-də, təxminən bir həftə əvvəl Cermuqdakı hərbi hissədə baş verib, lakin hələ ki heç bir cinayət işi qaldırılmayıb və deyəsən, qaldırmaq fikrində də deyillər. Ananın məlumatına görə, döyənlər zabit heyətindəndir. Xahiş edirəm ki, insan hüquqları üzrə müvəkiı Anahit Manasyan bu fövqəladə hadisəyə reaksiya versin. Hələlik bu qədər, çox təfərrüata varmadan", – deyə o yazıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































