Cənubi Qafqaz
Paşinyandan Rusiyaya ŞOK TƏLƏB - “Hər il iki milyard dollar...”
"İrəvan 2008-ci ildən etibarən Rusiya Dəmir Yollarının (RJD) konsessiya idarəçiliyində olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-dən (CQDY) istifadəyə görə Rusiyadan ödəniş tələb edə bilər".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Bu ilin fevralında Ermənistanın Baş naziri Rusiyaya Ermənistan dəmir yollarının konsessiya idarəetmə hüququnun Qazaxıstan, Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri kimi dost üçüncü tərəfə satılması imkanını nəzərdən keçirməyi təklif etmişdi. Aprel ayında isə o, İrəvanın Moskvanın xəbəri olmadan dəmir yolları ilə bağlı məsələləri müzakirə etmək niyyətində olmadığını vurğulamışdı.
İndi isə Paşinyan CQDY-nin istismarı ilə bağlı məsələnin beynəlxalq arbitraja çıxarılması ehtimalını istisna etməyib. O bildirib ki, Ermənistanın dəmir yolları dövlətə məxsusdur və dövlət onlardan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etmək hüququna malikdir. Siyasətçi əlavə edib ki, İrəvan uzun illər ərzində Moskvadan bu məsələlərlə bağlı heç bir tələb irəli sürməyib.
"Elə məsələlər ola bilər ki, biz 30 il ərzində onlara görə heç nə istəməmişik, amma bundan sonra hər il iki milyard dollar tələb edəcəyik".
Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti bu məsələni dostluq münasibətləri çərçivəsində həll etmək istəyir.
Hüsyen İbadlı
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?



































.jpg)




