Cənubi Qafqaz
İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edib.
Publika.az "Armenpress"ə istinadla xəbər verir ki, görüş zamanı energetika, nəqliyyat və yol tikintisi sahələrində Ermənistan-İran əməkdaşlığı məsələləri müzakirə olunub.
Qeyd olunub ki, tərəflər həmçinin Ermənistan–İran arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikintisinin gedişatına toxunublar və bu layihənin strateji əhəmiyyətini vurğulayıblar.
Xudatyan qeyd edib ki, onun Tehrana son səfəri zamanı geniş spektrli məsələlərin müzakirəsi və əldə olunan razılaşmalar yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək:
"İran şirkətlərinin Ermənistandakı tikinti layihələrində iştirak səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb. Bu, çox müsbət haldır".
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































