Cənubi Qafqaz
“Qalxan və dəyənəkləri alın, küçələrə çıxın” - Paşinyanın səs yazısı yayıldı
“Ermənistan” fraksiyasının üzvü, keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryan parlament kürsüsündən baş nazir Nikol Paşinyanın 2008-ci il 1 mart hadisələrinə dair səs yazısını yayıb.
Publika.az xəbər verir ki, səs yazısında Paşinyan insanları meydanlara çıxmağa və özünümüdafiəyə hazırlaşmağa çağırır.
“Hər birinizi özünümüdafiəni təşkil etməyə çağırıram. Polisin əlindən qalxan və dəyənəkləri aldığınızı eşidəndə necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Mümkün qədər daha çox toplaşın”, - deyə Paşinyan bildirib.
Koçaryan iddia edir ki, 1 mart hadisələri zamanı insanların xəsarət almasının səbəbkarı Paşinyandır.
“Paşinyanın çağırışına qədər heç bir itki olmamışdı. İlk itki polis əməkdaşları arasında oldu. 190-dan çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, mülki şəxslər arasında xəsarət alanların sayı isə 32 nəfər olub”, - o qeyd edib.
Müəllif: Asif
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































