Cənubi Qafqaz
Ermənistan parlamentinin vitse-spikeri seçildi
Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının namizədi Hayk Kocondjoryan Ermənistan parlamentinin vitse-spikeri seçilib.
Publika.az xəbər verir ki, bu barədə parlamentin hesablayıcı komissiyasının sədri Lilit Minasyan "YouTube" kanalında yayımlanan iclas zamanı məlumat verib.
"105 deputatdan 91-i səsvermədə iştirak edib. Səslər aşağıdakı kimi bölüşdürülüb: 63 nəfər "lehinə", 28 nəfər isə "əleyhinə" səs verib", - o izah edib.
Müxalifətə məxsus "Güclü Ermənistan" fraksiyası hakim partiyanın namizədinin əleyhinə səs verdiyini bəyan edib. "Ermənistan" fraksiyası isə seçkilərdə iştirak etməyib.
Parlament qarşıda daha iki vitse-spiker seçməlidir: hakim fraksiyanın bir nümayəndəsini və müxalifətin bir nümayəndəsini.
İyunun 7-də Ermənistanda parlament seçkiləri başa çatıb. Deputat mandatları uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Favorit hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" hesab olunurdu. Onun əsas rəqibi respublikanın ən varlı adamlarından biri olan Samvel Karapetyanın "Güclü Ermənistan" bloku idi.
Paşinyanın partiyası ölkə hökumətini təkbaşına formalaşdırmaq hüququ qazanaraq seçkilərdə qalib gəlib.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı












.jpg)



















