Cənubi Qafqaz
Ermənistan müxalifəti etiraz aksiyası elan etdi
Ermənistan müxalifəti avqustun 7-də bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskop barəsində açılmış cinayət işi üzrə ilk məhkəmə iclasının keçiriləcəyi Vaqarşapat məhkəməsinin binası qarşısında aksiya keçiriləcəyini elan edib.
Publika.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan məlumat verib.
Onun sözlərinə görə, müxalifət deputatları parlamentin iclasında iştirak etməyəcək, bunun əvəzinə isə həmvətənləri ilə birlikdə məhkəmənin qarşısına gələrək vətəndaşların dini hisslərini manipulyasiya etmək cəhdlərinin nəticəsiz qalmayacağını nümayiş etdirəcəklər.
“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan da aksiyada iştirak edəcəyini təsdiqləyib. O bildirib ki, deputatlar əvvəlcə müxalifətdən olan vitse-spikerlə bağlı səsvermə üçün kvorumu təmin etmək məqsədilə səhər parlamentə gələcək, daha sonra isə məhkəmə binasına yollanacaqlar.
Aksiyaya “Çiçəklənən Ermənistan” Partiyası da qoşulacaq. Partiyanın mətbuat xidmətindən bildirilib ki, bu çətin dövrdə hər bir vətəndaşın borcu Erməni Apostol Kilsəsinin yanında olmaq, milli və mənəvi dəyərləri müdafiə etməkdir.
II Qaregin barəsində cinayət işi 2026-cı il fevralın 14-də məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə başlanıb. İyulun 29-da prokurorluq işi məhkəməyə göndərib.
Hakimiyyətlə kilsə arasında qarşıdurma 2020-ci ildən davam edir. Həmin vaxt Eçmiədzin Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi. Son aylarda Paşinyan faktiki olaraq açıq şəkildə II Qareginin vəzifədən uzaqlaşdırılmasının tərəfdarı kimi çıxış edir. Halbuki katolikos ömürlük seçilir.
Hüseyn İbadlı
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu

































.jpg)




