Cənubi Qafqaz
Paşinyan və Tramp arasında telefon danışığı - Hər iki xalqın hiss etdiyi əsl sülh yaranıb
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Bildirilib ki, Baş nazir ABŞ liderinə 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Sülh Sammitini təşkil etdiyinə, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi Sülh Bəyannaməsini şahid qismində imzaladığına görə təşəkkür edib və sülhün bərqərar olunmasında Prezident Trampın şəxsi səylərinin həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Həmsöhbətlər məmnuniyyətlə qeyd ediblər ki, Vaşinqton Sülh Sammiti Ermənistan və Azərbaycan arasında hər iki ölkənin xalqlarının gördüyü və hiss etdiyi əsl sülhə gətirib çıxarıb. Telefon danışığı zamanı TRIPP layihəsinin həyata keçirilməsinin cari vəziyyəti müzakirə olunub.
Baş nazir Paşinyan və Prezident Tramp yaxın gələcəkdə TRIPP-in tikinti işlərinə başlamaq əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Söhbət zamanı həmçinin Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyinin digər məsələləri də müzakirə olunub.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı












.jpg)



















