Cənubi Qafqaz
Ermənistanın bu hüququ əlindən alınır: Qərarın veriləcəyi tarix bəlli oldu
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də təşkilatın sammitində müzakirəyə çıxarıla bilər.
Publika.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, KTMT-yə üzv ölkələrdən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir.
Rusiya Federasiyasının KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev isə daha əvvəl Ermənistanın səsvermə hüququndan məhrum edilməsinin konsensus tələb etdiyini açıqlayıb.
Məsələnin əsas səbəblərindən biri Ermənistanın təşkilata üzvlük öhdəliklərini yerinə yetirməməsidir. Vasilyevin sözlərinə görə, Ermənistan KTMT-nin ümumi büdcəsinə 10 faizlik pay ödəməlidir, lakin bu öhdəliyi artıq iki ildir yerinə yetirmir.
KTMT-nin baş katibi Taаlatbek Masadıykov da Ermənistanın təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmədiyini və üzvlük haqlarını ödəmədiyini bildirib. O, Ermənistanın səsvermə hüququndan məhrum edilməsinin müzakirə edildiyini təsdiqləyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl Ermənistanın üzvlük haqqını ödəməməsi ilə bağlı təşkilat nizamnaməsində nəzərdə tutulan mexanizmlərin tətbiq oluna biləcəyini qeyd edib.
Akqabay
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO


















.webp)

.jpg)
.jpg)





.webp)









