Cənubi Qafqaz
Ermənistan Azərbaycandan qaz idxal edə bilər - Erməni deputat
Ermənistan gələcəkdə Azərbaycandan qaz idxal edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, tədarüklərin şaxələndirilməsi variantlarından biri kimi TRIPP layihəsi çərçivəsində qaz kəmərinin çəkilməsi ola bilər.
Güman olunur ki, yeni infrastruktur Ermənistan ərazisindən keçəcək və ölkəyə potensial olaraq əlavə qaz mənbəyi əldə etmək imkanı yaradacaq.
Xandanyan qeyd edib ki, hələlik söhbət yalnız nəzəri mümkünlükdən gedir, hərçənd onun sözlərinə görə, belə bir layihənin texniki cəhətdən həyata keçirilməsi hər hansı ciddi çətinlik yaratmamalıdır.
Deputat həmçinin bildirib ki, Rusiya qazının qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ ortaya çıxanda İrəvan onu tərəfdaşlıq formatında Moskva ilə müzakirə etmək niyyətindədir. Bununla belə o, təkcə bir təchizatçıdan asılılığın azaldılmasının vacibliyini vurğulayıb.
Xandanyan Ermənistanın birbaşa olaraq Azərbaycandan qaz idxal etməsi imkanını da istisna etməyib.(Trend)
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı












.jpg)



















