Cənubi Qafqaz
Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsində Rusiyaya qarşı radikal mövqelərin süni şəkildə qızışdırıldığını iddia edib.
Publika.az xəbər verir ki, Kobaxidze Gürcüstan nümunəsinin radikal anti-Rusiya əhval-ruhiyyəsinin əsassız olduğunu göstərdiyini bildirib.
Baş nazirin sözlərinə görə, “dərin dövlət” Gürcüstanda rusofobiyanı süni şəkildə gücləndirmək və ölkəni yeni qarşıdurmaya cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edir.
Kobaxidze iddia edib ki, 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra müəyyən qüvvələr Gürcüstanın münaqişəyə qoşulması və ölkədə “ikinci cəbhə” açılması üçün təzyiq göstərib.
O, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmaq tələbinin Gürcüstan iqtisadiyyatına zərər vurmaq məqsədi daşıdığını bildirib.
Baş nazir Qərbin müxtəlif siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə etdiyini və Gürcüstanın suveren siyasət yürütməsinin ölkəni hədəfə çevirdiyini iddia edib.
Kobaxidze hazırkı vəziyyəti Gürcüstana qarşı “yeni hücum mərhələsi” adlandıraraq, cəmiyyətin bu proseslər barədə məlumatlandırılmasının vacib olduğunu vurğulayıb.
Akqabay
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































