Cənubi Qafqaz
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl kəndin Azərbaycana qaytarılması hakimiyyətin daxildəki nüfuzuna ciddi ziyan vuracaq və bu, Konstitusiya dəyişikliyi planını poza bilər.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri Kərkinin Başkəndlə dəyişdirilməsində israr edirlər. Amma Baş nazir Nikol Paşinyan buna qarşı çıxır”, - nəşr qeyd edib.
Xatırladaq ki, Ermənistan Naxçıvan Muxtar Respublikasının Kərki kəndi ilə yanaşı, Qazax rayonunun Sofulu, Yuxarı Əskipara və Barxudarlı yaşayış məntəqələrini də Azərbaycana qaytarmalıdır. (Teleqraf)
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































