Cənubi Qafqaz
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində “azərbaycanlı mütəxəssislərin Ermənistan ərazisində elektrik dirəklərinin qurulması ilə bağlı təhlillər apardığı” haqda dediklərini təsdiqləyib.
Publika.az xəbər verir ki, Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistana səfərlərinin sensasiya olmadığını bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan tərəfi kommunikasiya məsələləri üzrə ikitərəfli iş aparır və enerji sektorunda Azərbaycanla gələcək ticarət tərəfdaşlığını istisna etmir. Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislərin səfərləri elektrik ötürücü xətləri və dəmir yolları üzrə əvvəllər elan edilmiş işçi görüşlər çərçivəsində baş tutub:
“5 sentyabr 2025-ci il və 15 yanvar 2026-cı il tarixlərində keçirilən ikitərəfli görüşlərin təfərrüatı rəsmi olaraq mətbuatda dərc edilib. Mütəxəssislər elektrik xətlərinin, boru kəmərlərinin və kabellərin çəkilməsi, eləcə də dəmir yolu xidmətinin bərpası məsələlərini müzakirə ediblər. Biz bu mövzular üzərində işləyirik, ikitərəfli əməkdaşlıq davam edir”.
Erməni baş nazir vurğulayıb ki, Ermənistanın süni intellekt zavodlarının elektrik enerjisi ehtiyacının ödənilməsi üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edə bilərlər.
Müəllif: Asif
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)