Cənubi Qafqaz
Paşinyan Rusiyadakı səfiri geri çağırır: Bu vəzifənin öhdəsindən gələ bilmədi
Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın Moskvadan geri çağırılacağı iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Nəşrin hakimiyyət daxilindəki mənbələrinə görə, baş nazir Nikol Paşinyan Arsenyanın fəaliyyətindən narazıdır və onun geri çağırılması ilə bağlı qərar artıq yekunlaşıb. İddiaya əsasən, səfir Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılmasına nail ola bilməyib.
Məlumata görə, hazırda Arsenyanın yerinə kimin təyin olunacağı bəlli deyil və konkret namizəd belə yoxdur.
Qəzet məsələ ilə bağlı Ermənistan XİN-dən rəsmi açıqlama almağa çalışsa da, qurum bunun onların səlahiyyətində olmadığını bildirib. Prezident Administrasiyası isə məsələ ilə bağlı hökumətə müraciət etməyi tövsiyə edib.
Nəşr qeyd edib ki, səfirin geri çağırılması ilə bağlı rəsmi təsdiq hələlik verilməsə də, hakimiyyət daxilindəki mənbələr qərarın dəyişməz olduğunu iddia edir.
Akqabay
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































