Cənubi Qafqaz
Rusiyadan Ermənistana xəbərdarlıq: İki stulda oturmaq fəlakətlə nəticələnir
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük yolunu seçəcəyi təqdirdə Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin kəsilməsinin ölkəyə ciddi iqtisadi və siyasi itkilər gətirə biləcəyi bildirilib.
Publika.az xəbər verir ki, bunu Rusiya senatoru Sergey Perminov "RİA Novosti"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan üçün Aİ-yə üzvlük prosesi onilliklər davam edə biləcək qeyri-müəyyən marafondur. Bununla yanaşı, Moskva və Aİİ ilə münasibətlərin pozulmasının iqtisadi və siyasi nəticələri ölkə tərəfindən daha tez hiss oluna bilər.
Perminov Ermənistanın həm Rusiya, həm də Qərblə paralel münasibətlər saxlamaq cəhdini də tənqid edib: “İki stulda oturmağa cəhd həmişə fəlakətli sonluqla nəticələnir”.
Senator Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-yə üzvlük müraciəti ilə bağlı açıqlamasını ölkənin Qərbə doğru rəsmi və ehtimal ki, geri dönməz istiqamət dəyişikliyi kimi qiymətləndirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də Ermənistanın Aİ-yə üzvlük istəyinin Moskva tərəfindən xüsusi nəzərdən keçirilməli olduğunu bildirmişdi.
Akqabay
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































