Cənubi Qafqaz
Ermənistanın taleyi noyabrda həll ediləcək: Qərar Moskvada veriləcək
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsində hadisələri qabaqlamaq lazım deyil.
Publika.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı yekun qərarı ölkə rəhbərliyinin mövqeyi ilə yanaşı, erməni xalqının mövqeyi də müəyyən edə bilər.
KTMT-nin noyabr ayında Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatda üzvlüyü məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab verən Masadıkov bildirib ki, “çıxarmaq və ya çıxarmamaq” barədə qərarlar KTMT-yə üzv dövlətlərin başçıları tərəfindən qəbul edilir.
“Katiblik olaraq biz hansısa tərəfin əvəzinə qərar verə bilmərik. Hər şey hələ qarşıdadır. Noyabrda Moskvada keçiriləcək növbəti iclasda bu məsələnin ciddi şəkildə müzakirə olunub-olunmayacağını da dövlət başçıları özləri müəyyən edirlər. Gəlin hadisələri qabaqlamayaq”, - deyə KTMT baş katibi vurğulayıb.
Masadıkov Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatla bağlı açıqlamalarının eşidildiyini bildirib. O əlavə edib ki, belə məsələlərdə yalnız ölkə rəhbərliyinin deyil, erməni xalqının da mövqeyi nəzərə alınmalıdır.
Akqabay
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































