Cənubi Qafqaz
Paşinyan hücuma keçdi: Köçəryana məlumat ötürən kimdir? - Qarşıdurma
“Məhkəmə sistemində Köçəryan-Sarkisyan mafiyası hələ də dayaqlarını saxlayır”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu şəxslərin qanun pozuntusu haqda məlumatların indiyə qədər araşdırılmaması haqda danışarkən deyib.
Paşinyan bildirib ki, onun baş nazir kimi yox, vətəndaş kimi sualları var: “Bu şəxslərin cinayətləri ilə bağlı faktlar olduğu halda prokurorlar, müstəntiqlər 8 il ərzində niyə tədbir görməyiblər. Sarkisyanın ailəsinə məxsus olduğu deyilən şirkətlərlə bağlı bəzi hallarda cinayət işi açılıb, amma araşdırılmayıb. Yoxsa zəng edib cinayət işlərinin ləğv edilməsini tələb edən mən idim? Cavab verilməlidir. Mənim siyasi cavabım budur ki, Köçəryan-Sarkisyan mafiyası hələ də məhkəmə sistemində öz dayaqlarını saxlayır. Köçəryan ailəsi təhlükəsizlik qüvvələrinin gələcəyini öncədən biliblər. Uşaqları da qəsdən evdə saxlayaraq, “silah” kimi istifadə ediblər”.
Paşinyan deyib ki, 8 ildir baş nazir olsa da, oteli, sanatoriyası və milyardları yoxdur.
“Köçəryanın milyardlarının haradan olduğu müəyyənləşməlidir. Deyirlər ki, bu biznesdir. Kimi aldadırsınız? Robert Köçəryan, Serj Sarkisyan və Qaqik Tsarukyan pensiya ilə yaşamalı, qanunsuz olan əmlakları, milyardları Ermənistan xalqına qaytarılmalıdır. Başqa yolu yoxdur, əgər bu baş verməsə, yeni inqilab olacaq”, - o bildirib.
Paşinyan Tsarukyana qarşı cinayət işinin niyə araşdırılmadığını da gündəmə gətirib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna, keçmiş baş prokurora, onların müavinlərinə suallar ünvanlayıb: “Bəlkə pul almısınız, yoxsa düşünürsünüz ki, biz sizin arxanızca düşməyəcəyik? İki toyuq oğurlayanları aclıqdan öldürürlər, amma bunlar rahat yaşayır. Bu işdə kimin əli varsa, məsuliyyətə cəlb olunmalıdır. Onların, ailə üzvlərinin əmlakı müəyyən edilməli, “Toyota” dilerliyi ilə əlaqəsi aydınlaşdırılmalıdır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları bu işlərə görə məsuliyyət daşımalıdır. Bəlkə Köçəryandan, Sarkisyandan, Tsaruikyandan pul alıblar? Kim Köçəryana onun arxasınca gələcəklərini deyir, kimlər məlumat ötürür?! Məlumat sızdıranları tapacağıq”.
O vurğulayıb ki, dövləti talayanları əvvəllər “üçbaşlı canavar” adlandırırdı, lakin artıq onlara “beşbaşlı canavar” deyir. Paşinyanın sözlərinə görə, Köçəryan, Sarkisyan, Tsarukyan, Karapetyan və bütün ermənilərin katolikosu canavarın başlarıdır.
Müəllif: Asif
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
