Cənubi Qafqaz
Ermənistanda ad dəyişikliyi - Süni İntellekt Nazirliyi yaradıldı
Ermənistan parlamenti üç nazirliyin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə respublika parlamentinin spikeri Ruben Rubinyan məlumat verib.
O dəqiqləşdirib ki, “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna və əlaqəli qanunlara dəyişikliklərin lehinə 64 deputat səs verib, 26 deputat isə əleyhinə çıxıb.
Beləliklə, Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyinin adı Əmək və Rifah Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi olaraq dəyişdirilib.
Dəyişiklikləri təqdim edən Ermənistanın ədliyyə naziri Srbui Qalyanın sözlərinə görə, dəyişikliklərin məqsədi xarici siyasət və iqtisadi əməkdaşlığın daha səmərəli şəkildə uzlaşdırılması, sosial problemlərə reaksiya ilə paralel olaraq insanların və ailələrin rifahının daim yaxşılaşdırılması, eləcə də süni intellektin inkişafıdır.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































