Cənubi Qafqaz
Paşinyan Kremlə MESAJ VERDİ - “Regionda sülh bərqərar olanda...”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşünü çox yaxşı adlandırıb və yaxın vaxtlarda Moskvaya səfər etmək barədə razılığın əldə olunduğunu bildirib.
Publika.az xəbər verir ki, Baş nazir bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər səfər çərçivəsində səmimi və konstruktiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Paşinyan əlavə edib ki, Moskva və İrəvan iki ölkə arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini təsbit etməlidir.
“Lakin onu da qeyd etmək lazımdır ki, yeni mühitdə, yeni şəraitdə bu münasibətlərin transformasiyaya ehtiyacı var və bu transformasiya nəticəsində, əminəm ki, münasibətlər daha yaxşı - daha konstruktiv, daha sərfəli və daha səmimi olacaq”, - deyə baş nazir əlavə edib.
Paşinyanın sözlərinə görə, son illər regionda və Ermənistan ətrafında vəziyyət dəyişib, buna görə də iki ölkə arasındakı münasibətlərə yeni reallıqlar nəzərə alınmaqla baxılmalıdır.
"Münaqişə şəraitində Rusiya və Ermənistan arasındakı münasibətlər başqa məna daşıyırdı, indi isə, regionda sülh bərqərar olanda, bizə elə gəlir ki, vəziyyətə artıq yeni baxışla baxmaq lazımdır", - Baş nazir bildirib.
Ermənistanın baş naziri Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin liderləri arasında Bişkekdə keçirilən “ŞƏT plyus” sammitində rus dilində çıxış etməyən yeganə rəhbər olub. İclas zamanı siyasətçi ictimai nitqini erməni dilində söyləyib. Bununla yanaşı, MDB ölkələrinin digər liderləri — Rusiya Federasiyası, Belarus, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycan prezidentləri rus dilində çıxış ediblər.
Sammitdə Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşüb və Ermənistanı respublikanın Avropa İttifaqına daxil olması məsələsində daha tez qərar verməyə çağırıb.
Hüseyn İbadlı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir


















.jpg)





.jpg)














