Cənubi Qafqaz
"Biz hələ təzə-təzə dövlət oluruq" - Mirzoyandan ETİRAF
Ermənistanın müstəqilliyinin 35 illiyi ərəfəsində təxminən 250 gəncin iştirakı ilə “XİN rəhbəri ilə söhbət: müstəqillik və xarici siyasət” başlıqlı müzakirə təşkil olunub.
Publika.az News.ama-a istinadla xəbər verir ki, iştirakçıları salamlayan nazir Mirzoyan qeyd edib:
“İki gündən sonra – sentyabrın 21-də biz Ermənistan Respublikasının müstəqilliyinin 35 illiyini qeyd edəcəyik. Bir tərəfdən, bu, tam yetişmək və həyata hazır olmaq üçün kifayət qədər uzun müddətdir. Digər tərəfdən, tarix baxımından bu, bir göz qırpımıdır. Bir tərəfdən, əgər geri nəzər salsaq, biz 35 il ərzində xeyli dərəcədə formalaşa bilmişik. Sizinlə tamamilə səmimi olmaq istəyirəm. Məndə elə bir təəssürat var ki, biz hələ təzə-təzə dövlət oluruq, obyektiv və ya subyektiv səbəblərdən biz əsl, müstəqil dövlətə sahib olmaq istiqamətində ilk addımları atırıq. Bu özünü, ilk növbədə və əsasən xarici siyasət sahəsində, digər dövlətlərlə münasibətlərimizdə büruzə verir”.
Görüşdə Ermənistan ətrafında əlverişli təhlükəsizlik mühitinin qorunub saxlanılması və gələcək inkişafı, qonşu dövlətlərlə münasibətlər, regional infrastrukturların blokdan çıxarılması məsələləri ətraflı müzakirə olunub, həyata keçirilən proqramlara toxunulub.
"Siyasətlə məşğul olmağa can atan gəncə nə məsləhət görərdiniz" sualına Ararat Mirzoyan belə cavab verib:
“İnsanı siyasətə xəyalları aparır, buna görə də mənim məsləhətim odur ki, xəyal etməkdən əl çəkməyəsiniz və onları həyata keçirmək üçün mübarizə aparmaqdan yorulmayasınız, durmadan çalışasınız, reallıqları dəyişməyə çalışasınız”.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ15 Oktyabr 20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb15 Oktyabr 19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq / FOTO


































