Cənubi Qafqaz
Ermənilər Türkiyənin bu ərazisini istəyir - Müsəlman ölkəsindən dəstək verən də var
Ermənistanda Türkiyəyə qarşı ərazi iddiaları davam edir.
Publika.az xəbər verir ki, ermənilər Ağrı dağının rəsmini çəkmək üçün müxtəlif ölkələrdən rəssamları ölkələrinə dəvət edib.
Erməni rəssam, heykəltəraş Arman Nurun təşəbbüsü olan bu layihə “Açıq dəvət” adlanır.
A.Nur bildirib ki, artıq dünyanın müxtəlif yerlərindən 300-dən çox rəssam “Açıq dəvət” layihəsində iştirak etmək məqsədilə qeydiyyatdan keçib: “Müraciət edənlərin sayı çox olacaq. Qeyd edim ki, qeydiyyatdan keçənlərin əksəriyyəti qeyri-ermənidir. Ararat (Ağrı dağı) bizimdir, simvolumuzdur, bütün xristianlarındır”.
Erməni rəssam iddia edib ki, Ağrı dağının rəsmini çəkmək üçün Ermənistana gələcək rəssamlar arasında hətta müsəlman ölkələrindən olanlar da var. Lakin o, hansı müsəlman ölkəsi olduğunu açıqlamayıb. Bildirib ki, layihə bir il ərzində davam edəcək.
“İlkin mərhələdə 300-dən çox müraciət edən var, amma bu sayın 1000-dən çox olacağını düşünürəm. İkinci mərhələdə Ararata (Ağrı dağı) həsr olunmuş musiqi festivalı da keçiriləcək, daha sonra kino və video sənəti, heykəltəraşlıq, əl işləri, xalçaçılıq və s. Bu sənət əsərlərini bütün dünyda nümayiş etdirəcəm və insanlara Araratın (Ağrı dağı) kimin olduğunu göstərəcəm”, - erməni rəssam qeyd edib.
Asif
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































