Saatlarla davam edən məhkəmə iclası: Köçəryanla bağlı qərar verildi
Bizi izləyin

Cənubi Qafqaz

Saatlarla davam edən məhkəmə iclası: Köçəryanla bağlı qərar verildi

Saatlarla davam edən məhkəmə iclası: Köçəryanla bağlı qərar verildi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbs müddətini daha 2 ay uzadıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.

Köçəryanın vəkili müdafiə tərəfinin qərardan şikayət verəcəyini bildirib.

Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm