Cənubi Qafqaz
Gediş haqqını ödəməyənlər büdcəyə milyonlar qazandırdı - İnanılmaz statistika
Gürcüstanın paytaxtı Tiflisdə ictimai nəqliyyatdan biletsiz istifadə edənlərin sayı ötən illə müqayisədə 1,5 dəfədən çox artıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, 2026-cı ilin ilk 9 ayı ərzində ictimai nəqliyyatda gediş haqqını ödəməyən sərnişinlərdən tutulan cərimələr hesabına dövlət büdcəsinə 2,7 milyon lari (1,7 milyon manat) daxil olub.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çoxdur.
Tiflisdə ictimai nəqliyyatdan biletsiz istifadəyə görə cərimə 20 lari (13,09 manat) təşkil edir.
Cərimə 30 gün ərzində ödənilmədikdə isə məbləğ iki dəfə artırılaraq 40 lariyə (26,18 manat) çatdırılır. (Musavat.com)
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ

































