Cənubi Qafqaz
Paşinyan sülhdən danışdı: "İndi onu gücləndirmək lazımdır"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün artıq faktiki olaraq reallığa çevrildiyini, lakin indi onun hüquqi cəhətdən rəsmiləşdirilməsinin zəruri olduğunu bəyan edib.
Publika.az xəbər veirr ki, o, bu barədə Brüsseldə Aİ-nin genişlənməsi üzrə sammit çərçivəsində "Euronews" telekanalına müsahibəsində, sülh sazişinin İrəvanın Avropa İttifaqına inteqrasiya səyləri üçün əhəmiyyəti barədə suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, dayanıqlı sülh nizamlanması həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, Avropa İttifaqının münaqişə vəziyyətində olan ölkəni qəbul etməyə hazır olması çətin görünür. O, Ermənistanla bağlı mühüm müsbət dəyişikliyin baş verdiyini vurğulayıb: 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycanla sülh bərqərar olub.
Paşinyan bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyini və təşəbbüsünü xüsusi qeyd edib.
“Yaxşı xəbər odur ki, biz Azərbaycanla sülhə nail olmuşuq. Bu, ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş verib”, – deyə baş nazir bildirib.
Onun sözlərinə görə, söhbət yalnız niyyətlər bəyannaməsindən getmir, çünki əldə olunan razılaşmalar artıq vəziyyətdə real dəyişikliklərə səbəb olub.
“Bu, sadəcə sülh haqqında bəyannamə deyildi. O, artıq yerindəcə reallığa çevrilib. Demək istəyirəm ki, hazırda biz faktiki sülh şəraitindəyik”, – deyə Paşinyan bəyan edib.
Eyni zamanda, o, əldə olunmuş nəticənin institusional şəkildə rəsmiləşdirilməsinin zəruriliyini vurğulayıb.
“Xüsusilə dünyada baş verənləri nəzərə alsaq, indi sülhü institusionallaşdırmaq çox vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi Vaşinqtonda xarici işlər nazirlərimiz tərəfindən paraflanıb. İndi isə sazişi imzalamaq və ratifikasiya etmək lazımdır”, – deyə o bildirib.
Paşinyan həmçinin sülhün bərqərar olmasının Ermənistanın Aİ ilə münasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Hüseyn İbadlı
-
İdman20:48"Yuventus" onu transfer etmək istəyir
-
Sosial20:24Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi - FOTO
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğurladılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil


















.jpg)













.jpg)


