Tabloid.az
“Azərbaycan kadrlarda” fotomüsabiqəsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Ağcabədi sakini Toğrul İbrahimovun təşkilatçılığı ilə keçirilən “Azərbaycan kadrlarda” fotomüsabiqəsi layihəsi başa çatıb.
AzərTAc xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından olan 14-29 yaşlı gənc fotoqrafların iştirak etdiyi layihənin əsas məqsədi gənc fotoqrafları bir araya gətirmək, onlar arasında şəbəkə sisteminin yaratmaq, fotomüsabiqə vasitəsilə ölkəmizi təbliğ etməkdir.
Layihə çərçivəsində müxtəlif bölgələrdən onlayn qaydada təqdim edilmiş 90 fotodan 50-si seçilərək, Ağcabədi şəhərindəki Gənclər Mərkəzi meydanında, mərkəzi stadionda və Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin parkında açıq sərgidə nümayiş etdirilib.
Layihənin başa çatması münasibətilə martın 28-də Qarabağ Muğam Mərkəzində mərasim keçirilmişdir. Tədbirdə Azərbaycan Gənclər Fondunun, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, gənclər və idman idarəsinin, gənclər üçün təhsil mərkəzinin, “Xarı bülbül” yaradıcılıq studiyasının, Heydər Əliyev Mərkəzinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan gənc fotoqraflar iştirak etmişlər. Tədbirdə Azərbaycana aid film nümayiş etdirilmiş, fotoqrafiya tarixi və keçirilən fotomüsabiqə haqqında məlumat verilmiş, sonda qaliblər mükafatlandırılıb.
-
Magazin105:45
Xalq artistinin nəvəsi… - FOTO
-
Sosial05:15
Qiymətləri od tutub yanan uşaq paltarları - Bahalığın SƏBƏBLƏRİ / VİDEO
-
ABŞ04:44
Trampın "Panama savaşı" ALOVLANIR: "Bunu sonra görəcəyik"
-
ABŞ00:45
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı