“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb - Fotolar
Bizi izləyin

Tabloid.az

“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb - Fotolar

“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb - Fotolar

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində həyata keçirilən “Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb. Bunu Publika.az-a açıqlamasında mərkəzin rəhbəri Fehruz Şamıyev bildirib.

Onun sözlərinə görə layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə iki aylıq ödənişsiz kurslar təşkil olunub:“Kinematoqrafiyamızın inkişafı naminə bu zamana kimi Gənclər Fondu tərəfindən belə bir layihə həyata keçirilməmişdi. Layihənin məqsədi kino və televiziya sahəsində Azərbaycanda ən acınacaqlı istiqamət hesab olunan kino və televiziya prodüserlərinin yetişdirilməsi idi. Kurslarda iştirak edən 20 gənc beynəlxalq proqram əsasında təhsil alıblar. Bu dərslərdə ideya, ssenari sifarişi, film üçün maliyyə axtarışı, rejissor seçimində əsas müddəalar, aktyor seçimi zamanı nələrə diqqət yetirilməli olduğu, kino bazarının öyrənilməsi, filmin reklamı və s. məsələlər ətraflı izah olunub.

Dərslərdə tanınmış ssenarist, yazıçı, bir çox filmlərin, TV seriallarının ssenarisini yazan İlqar Fəhmi, bir çox teatr tamaşalarına, kino və TV layihələrinə aktyor, rejissor, rəssam kimi imza atan, hazırda Kukla Teatrının baş rejissoru vəzifəsində çalışan Qurban Məsimov, Lider TV-nin əməkdaşı, bir çox tarixi-sənədli filmlərin müəllifi Füzuli Sabiroğlu, “Azərbaycantelefilm”in rejissoru Elşən Zeynallı dəyərli məsləhətlərini gənclərlə bölüşüblər”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm