Tabloid.az
İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinə milli seçim turu keçirilmişdir
Aprelin 24-dən 26-dək Bakıda İslam dünyası gənc klassik musiqi
ifaçılarının III Beynəlxalq müsabiqəsi keçiriləcək.
Bu müsabiqə İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və
İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə
“Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunacaq.
Aprelin 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
Azərbaycandan bu müsabiqəyə qatılacaq iştirakçıların seçim turu
olmuşdur.
Aprelin 24-də Bakı Musiqi Akademiyasında xarici ölkə
nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər
heyəti qarşısında kiçik yaş qrupu üzrə xüsusi dinləmələr
olacaq.
Böyük yaş qrupu üzrə dinləmələr isə aprelin 25-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan
musiqisi zalında keçiriləcək.
Aprelin 26-da bir qrup xarici ölkə nümayəndəsinin və təşkilat
komitəsi üzvlərinin iştirakı ilə televiziya proqramında çıxışı,
həmçinin xarici qonaqların paytaxtımızın görməli yerlərinə
ekskursiyası təşkil ediləcək.
Axşam isə Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik
musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçiriləcək.
Beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən müəyyənləşəcək
qaliblər, hər yaş qrupu və musiqi sinfi üzrə 3 nominasiyada təltif
olunmaqla yanaşı, “Qran-pri”də təsis edilmişdir. Beynəlxalq
təcrübəyə əsaslanaraq “Qran-pri”nin sahibi üçün pul mükafatı
nəzərdə tutulmuşdur. Əlavə olaraq 5 nəfər iştirakçıya isə
həvəsləndirici mükafat təqdim ediləcək. Yer tutmuş qaliblər Gənclər
və İdman Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif
olunacaqlar.
Təşkilat komitəsi adından münsiflər heyətinin üzvləri də xatirə
hədiyyələri ilə mükafatlanacaqlar. Bakı Musiqi Akademiyası
Azərbaycan bəstəkarlarının əsərinin ən yaxşı ifa edən xarici ölkə
nümayəndəsi üçün xüsusi mükafat və diplom təsis etmişdir.Təşkilat
komitəsi adından isə ən kiçik iştirakçıya qiymətli hədiyyə və
diplom veriləcək.
baku-art.az
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO