Tabloid.az
Nadir Qafarzadə “Maral”ın yeni versiyasını təqdim etdi - VİDEO
Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə bu gün “Maral” mahnısının yeni versiyasını təqdim edib.
Publika.az-ın məlumatına görə, N.Qafarzadə bəstənin yeni versiyasını Türkiyədə hazırlayıb:
“Nəhayət xeyli müddətdir gözlədiyim “Maral” mahnısını bu gün dinləyicilərin ixtiyarına verdim. Amma bu iş mənə asanlıqla başa gəlmədi. Mahnının yeni versiyasında xeyli sayda canlı alətdən istifadə olunub. Sözün düzü “Maral” mahnısını müxtəlif üslublarda mənə təqdim etmişdilər. Amma bəyənməmişdim. Ən sonuncu hazırlanan versiyanı isə ilk eşitdiyim andan etibarən bəyəndim. Bu mahnı mənə uğur gətirib. Düşünürəm ki, dinləyicilər bu versiyanı da sevəcək”.
N.Qafarzadə daha sonra bildirib ki, “Maral” mahnısı çox sevilsə də, tənqid atəşinə tutanlar da olub: “Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarlarının bəstələrini oxumuşam. Amma heç bir mahnım “Maral” qədər müzakirə mövzusu olmadı. Hətta bəzi həmkarlarım var ki, efirdən “Maral” mahnısını bəyənmirəm, deyirlər. Amma toylara gedirsən, görürsən ki, həmin o sözü deyən müğənni “Maralı” oxuyur. İfa etdiyim mahnının bu qədər müzakirə olunması məni bir ifaçı kimi sevindirir.
Müğənni daha sonra deyib ki, Azərbaycanda gözlənilməz layihə həyata keçirəcək: “Təxminən bir ay sonra, Azərbaycanda elə bir layihə edəcəm ki, bunu heç kim etməyib. Bunu etdiyimə görə, bir çoxları məni dəstəkləsə də, tənqid edənlər də olacaq. Amma çox maraqlı bir layihə olacaq. Gözləsinlər. Bu proyektimin nədən ibarət olmasını isə gələn həftə mediaya açıqlayacam”.
Qeyd edək ki, N.Qafarzadənin “Maral” mahnısı dinləmə sayına görə, Azərbaycan ifaçıları arasında 1-ci yerdədir.
Zəminə
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO