Tabloid.az
Aygünlə Namiq illər sonra belə görüşdü - VİDEO
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova və
meyxanaçı Namiq Qaraçuxurlu illər sonra kameraların qarşısına
keçiblər.
Namiq konsertlərdən birinin səhnə arxasında “Onlar” verilişinə
müsahibə verərkən içəri A.Kazımova daxil olur. Bir anlıq
tərəddüddən sonra meyxanaçı xalq artistinə yaxınlaşaraq görüşür.
Müğənninin Namiqə ilk sualı “Toyun nə vaxtdır” olur. O isə
“İnşallah, xəbər edəcəyəm” cavabını verir.
N.Qaraçuxurlu açıqlamasında deyib ki, Aygünlə aralarında heç bir
küsülülük yoxdur:
“Münasibətimiz çox gözəldir. Aygün xanımın ad günündə iştirak
etmədim. Çünki bildiyimə görə, tədbirdə mənə uyğun obraz
tapılmayıb. Bu, hər kəsin şəxsi işidir. Aygün xanım istəsə dəvət
edə bilər, istəməsə yox. Bizim münasibətlərimizi düşmənçiliyə
yozurlar. Halbuki, dostluğumuz davam edir. Kameralar burda
olmasaydı, dərhal Aygün xanımla görüşəcəkdim. Sadəcə ajiotaj
yaranmasını istəmirdim. Mən onun uğurlarına sevinirəm və hər zaman
izləyirəm”.
Xalq artisti isə öz növbəsində meyxanaçının sözlərini
təsdiqləyib:
“Bir-birimizə qarşı küsülülük, düşmən münasibətləri yoxdur. Ən
azından birlikdə nəhəng 7 ili arxada qoymuşuq, səhnədə külüng
döymüşük”.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO