Tabloid.az
MTRŞ-dan Zaur Baxşəliyevə: "Davranışlarına fikir ver"
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində aparıcı Zaur Baxşəliyevin iştirakçıları aşağılaması ilə bağlı məsələyə münasibətini bildirib. Milli Televiziya və RadioŞurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir:
"Aparıcı efirdən belə bir hərəkətə yol verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir verməlidirlər. Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bəlkə həmin şəxs bunu zarafat kimi qəbul edib. O da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs istəyirsə məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan aparıcılara dəfələrlə tövsiyyə etmişik ki, bu kimi hallara yol verməsinlər. Davranışlarına, danışıqlarına fikir versinlər".
Qeyd edək ki, ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində
aparıcı Zaur Baxşəliyev növbəti dəfə iştirakçıları təhqir edib.
Azxeber.com xəbər verib ki, verilişdə yarışan Elşən və Reyhanə
cütlüyü aparıcı tərəfindən təhqir olunub. Belə ki, Zaur
iştirakçıdan məşhur aktyor Lui De Fines haqda soruşub. Elşən isə
cavabında onu tanımadığını deyib. Bu cavabdan təəcüblənən Zaur
iştirakçıya "Sən nə gündəsən, ay bədbəxt" deyib. Daha sonra Lui De
Fines haqda ona suallar ünvanlayıb və iştirakçını çıxılmaz
vəziyyətə salıb. Maraqlıdır ki, Elşənin həyat yoldaşı da bütün
bunları gülüşlə qarşılayıb. Zaurun iştirakçıları aşağılaması təkcə
bununla kifayətlənməyib.
O, verilişdə iştirak edən Qəhrəman və Tamellanı da təhqir edib.
Belə ki, o iştirakçıya "yaxşı ki, sarı önlükdə yoldaşının qarşısına
çıxmamısan, yoxsa səni bəyənməzdi" deyib. Kişi də cavabında deyib
ki, bəli bəyənməzdi, ancaq o məni bəyənib. Bu cavabdan sonra Zaur
Qəhrəmanı da təhqir edib: Guya indiki "vidin" yaxşıdır ki? İndi
ondan da pis viddəsən" deyib.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?