Tabloid.az
Xalq artisti əsgərlərlə görüşdü - FOTOLAR
Xalq artisti Nisə Qasımova Qarabağ bölgəsində konsert proqramlarına start verib.
Publika.az-a danışan Nisə xanımın dediyinə görə, öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən konsert Milli Qurtuluş gününə həsr edilib. Ötən gün sənətkarın konserti ilk olaraq Azərbaycan Sərhəd Qoşunlarının Füzuli rayonunun Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Hərbçilər qarşısında çıxış edən sənətkar zabit və əsgərləri bayram münasibətilə təbrik etdikdən sonra repertuarında olan sevilən mahnılarını onlar üçün ifa edib. Əsgərlər sənətkarın canlı ansamblın müşayiəti ilə ifa etdiyi mahnılar boyu onunla rəqs edərək minnətdarlıq hissi bildiriblər. Nisə xanım konsert zamanı ara-sıra hərbçilərin könüllərini xoş tutmaq üçün onlarla zarafatlarından da qalmayıb.
Böyük anşlaqla keçən konsertdə deputat Bahar Muradova, eləcə də Füzuli rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Konsertin açılışında çıxış edən millət vəkili hərbçiləri təbrik edərək Nisə xanım Qasımovaya xüsusi təşəkkürünü bildirib. Bu gün xalq artisti Horadizdə yerləşən Muğam Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək. Nisə xanımın bayram konserti Qarabağ bölgəsində iyunun 16-dək davam edəcək. Qeyd edək ki, konsert proqramları AzTV-nin vasitəsilə lentə alınır.
Cəvahir Səlimqızı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan