Rəqsanə TV açır – Özəl
Bizi izləyin

Tabloid.az

Rəqsanə TV açır – Özəl

Rəqsanə türkiyəli iş adamı Cenk Kamal İçten və onun xanımı modelyer Minarə ilə birgə “YAR” adlı yeni prodakşn yaradıb. Prodakşnın tərkibində, eyni zamanda, YAR TV də fəaliyyət göstərəcək.

Publika.az-a bu barədə Rəqsanə özü açıqlama verib.

“YAR” – müğənninin ailəsinin şərəfinə belə adlanıb: “Y – yəni qızım Yağmur, A – qızım Aysun və R – yəni mən, Rəqsanə. İndən belə bütün layihələrimi bu prodakşn reallaşdıracaq. Bizim heç kimin puluna ehtiyacımız yoxdur. Öz pulumuza nə gəlib ki? Biz bu prodakşnda film çəkilişlərinə də başlayacağıq”.

Rəqsanə onu da bildirdi ki, qarşıda planlaşdırılan bütün konsertləri məhz “YAR” prodakşn həyata keçirəcək. Müğənninin qızı Aysun da bu prodakşında modelyer kimi fəaliyyət göstərəcək. Onun geyimlərini anası ilə birgə konsertin aparıcıları da geyinəcək.

Müğənninin sözlərinə görə, prodakşn üç klip ərsəyə gətirib. Kliplərdən birində olduqca bahalı avtomobillərdən istifadə olunub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm