Tabloid.az
Əməkdar artist qolundakı döymədən danışdı
“Tatunun bu qədər səs-küyə səbəb ola biləcəyini gözləmirdim. Bununla bağlı bir yazını neçə minlərlə insan oxudu. Yazıq Tünzalə mahnı yazır, heç bu qədər ajiotaj olmur. Bu tatuaj deyil, xınadır”.
Publika.az-ın məlumatına görə, bu sözləri “Qovuş ona” klipinin təqdimatında jurnalistlərə açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib.
Onun sözlərinə görə, xınanın üzərinə “body-art” əlavə olunub: “Yəni bu qədər iş qalıb bir tərəfdə, sizi mənim qolum maraqlandırır? Axşam televizorda klipdən heç nə görməyəcəksiniz, mənim qolumdan danışacaqlar. Yenə deyirəm, bu, tatu deyil, ömürlük qolumda qalmayacaq. Çünki “body-art”, uzağı, bir həftə yaşayır. Bu, bir naxışdır, bəzəkdir və mən belə şeyləri sevirəm. Bu gün dünyada çox qadın xna, “body-art”la bədənlərində, üzlərində müxtəlif rəsmlər çəkdirirlər. Hətta ola bilər ki, sabah qolumda gül-çiçək yox, kəlmələr görə bilərsiniz. Vaxtilə bunu etmişəm də. O vaxt xna ilə ilk dəfə böyük Şəms Təbrizinin bir kəlməsini yazdırmışdım: “Könlün dəyişərsə, dünya da dəyişər”. Sonra elə alınmışdı ki, “Könlün dəyişərsə” sözü silinmişdi və çox gülməli vəziyyət yaranmışdı. Bu dəfə sözdən vaz keçdim, söz uzun olur və silinmək təhlükəsi var. Məncə, həmkarlarımın çoxunda tatuaj görə bilərsiniz, ona görə mənim xınamın bu qədər səs-küy yaradacağını təxmin etmirdim”.
Cəvahir Səlimqızı
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi