Tabloid.az
Azərbaycanlı rəssam Roma Rəssamlıq Akademiyasından dəvət alıb
Azərbaycanlı gənc rəssam Məryəm Ələkbərli öz yaradıcılığı və istedadı ilə Avropada, xüsusən də İtaliyada incəsənət elitasının diqqətini çəkib. M.Ələkbərlinin yaradıcılığı barədə çoxlu italyan sənətkarları və sənətşünasları öz fikirlərini bildiriblər. Məryəmin yaradıcılığına hörmət əlaməti olaraq Roma Rəssamlıq Akademiyası ona fəxri dəvət məktub göndərib. Bu haqda Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov Publika.az-a məlumat verib. Məryəm italyan rəngkarlıq məktəbinin professional rəngkarlıq sinfinə dəvət alıb. Bundan əlavə İtaliyanın məşhur sənətşünası, eləcə də RRA-ın şöbə müdiri Caterina Tomeo M.Ələkbərlinin sənətini yaxından izləyir və onun sənətinin vurğunu olaraq sərgisinin təşkilinə hazırlaşır.
Qeyd edək ki, M.Ələkbərli Roma Rəssamlıq Akademiyasından dəvət alan ilk azərbaycanlı rəssamdır. Bundan əlavə İtaliyanın ən yaşlı və məşhur sənət mütəxssislərindən olan Cassiopea İtaliya Mədəniyyət Assosiasiyasının prezidenti Anni Baldissera M.Ələkbərli yaradıcılığından yazıb. A.Baldissera Məryəmi Romanın mərkəzində yerləşən qalereyasına dəvət edib və onun sərgisini keçirmək istədiyini bildirib. Öz növbəsində M.Ələkbərli barəsində braziliyalı məşhur rəssam Fabrizio del Arno və moldavalı rəssam İqor Savo da öz fikirlərini bildiriblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR