Eldar hamını otelə yığdı
Bizi izləyin

Tabloid.az

Eldar hamını otelə yığdı

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov sevənlərini solo konsert proqramı ilə salamlayıb.

Publika.az-ın məlumatına görə, ifaçının “Eldar summer live show” adlı konserti Bakıdakı otellərdən birində keçirilib.

Konsert zamanı 4 libas dəyişən Eldar “Eurovision” təmsilçimiz Dilarə Kazımova ilə duet oxuyub.

Daha sonra gələn qonaqları salamlayan E.Qasımov bəstəkar Polad Bülbüloğlunun məşhur “Gəl, ey səhər” mahnısını yeni aranjemanda ifa edib. Konsert zamanı Eldar könnə hitlərini də unutmayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm