Tabloid.az
Kişilər mütləq oxusun! Erkən eyakulyasiya
Gənc ailələrdə yaranan problemlərdən biri də cinsi əlaqə zamanı baş verən erkən eyakulyasiyadır. Erkən eyakulyasiya - kişilərdə sperma xaricolmanın həddindən tez (3 dəqiqədən az ) baş verməsidir. Bu hal normal potensiyalı kişinin orqazmı idarə edə bilməməsi nəticəsində yaranir.
Yəni, eyakulyasiya cinsi əlaqə zamanı hər iki tərəfin
istədiyindən tez bas verir. Erkən eyakulyasiya (boşalma) kişi
seksual problemləri arasında ən geniş yayılmışlardan biridir. Bu
zaman eyakulyasiya üzərində iradi nəzarət itir. Belə halda hər iki
tərəfdə narazılıq əmələ gəlir.
Tez eyakulyasiya istənilən kişinin həyatında baş verə bilər. Bunun
səbəbləri müxtəlif ola bilər - uzun müddət cinsi əlaqədə olmamaq,
ilk cinsi əlaqə, qarsı tərəfin həddindən artıq ehtiraslı olması,
uzun müddət masturbasiyadan istifadə etmək, psixoloji və endokrin
pozğunluqlar, sidik-cinsiyyət sisteminin müxtəlif xəstəlikləri və
digər bu kimi oxşar hallar.
Cinsi əlaqə zamanı hər iki tərəf həm fizioloji,həm də psixoloji
olaraq həzz almalıdır. Əyər hər hansı səbəblər üzündən bu baş
verməzsə, tərəflər arasında narazılıq, ailələrdə isə bəzən ayrılmaq
təhlükəsi yarana bilər.
Erkən boşalma baş verdikdə insan bunu daima fikirləşərək narahat
olur: o öz qadınına istədiyi həzzi verə bilmir və deməli, onun
fikrinə görə o tam normal kişi deyil. Çox maraqlıdır ki, erkən
eyakulyasiyanı qadınlar daha tez anlayırlar. Buna görə də erkən
boşalma tək tibbi problem deyil, həmçinin sosial bir problemə
çevrilib. Buna gorə də belə problemi olan kişilərdə belə bir sual
oyanır: bu bəladan necə can qurtarmalı?
Erkən boşalmaları gedişatına görə həqiqi ve nisbi formalara bölmək
olar. Həqiqi erkən eyakulyasiya cinsi aktın 2 dəqiqədən az vaxtda
sona çatmasidir. Nisbi formada cinsi akt 2 dəqiqədən çox çəkir,
amma bu vaxt tərəflərin hər ikisinin razı qalması üçün bəs etmir.
Erkən eyakulyasiya kişilərin təxminən 35-40 faizində rast gəlinir.
Ən çox cavan yaşlarda müşahidə olunur.
Spirtli içki və
eyakulyasiya
Tibbdə erkən eyakulyasiyanı həmçinin birincili və ikincili
formalara bölürlər. Birincili hal cinsi həyata təzə başlayan
kişilərdə baş verir və bu həddindən artiq ehtirasin olmasi, birinci
cinsi akt, ardicil olmayan cinsi əlaqə və s. ilə əlaqəli olur. Bu
hal adətən cinsi əlaqələr ardıcıl olduqdan sonra normaya düşür.
İkincili formada erkən eyakulyasiya fizioloji və psixoloji
dəyişikliklər nəticəsində əmələ gəlir. Belə hallar kişilərdə
psixoloji pozğunluq, cinsi əlaqədən ugursuzluq olacaq deyə qaçmaqla
nəticələnir ki, bu da ailənin dağılmasına belə gətirib çixara
bilir.
Fizioloji səbəblərdən biri penisin
baş hissəsinin həssasliğının artmasidır ki, bu hal əsas və
ən çox yayilmiş səbəblərdən biridir. Bu hal həm anadangəlmə, həm də
qazanılmış ola bilər (fimoz, balanopostit və s.). Anadangəlmə
halında asağıdakı hallar müşahidə olunur: cinsi aktın davam etmə
müddəti həmişə eyni olur, ereksiyanin tez baş verməsi, normadan
kənarlıq cinsi əlaqələr zamanı bütün ömür boyu baş verir, növbəti
cinsi əlaqə zamanı bir qədər vaxt uzanır, amma bu vaxt çox az fərq
edir, cinsi əlaqə rezin qoruyucu ilə adi haldakından vaxta gorə
daha uzun olur, eyakulyasiya cinsi aktin əvvəlində baş verir, çox
az spirtli içki qəbulu cinsi aktin uzanmasına gətirib
çixarır.
Fizioloji dəyişikliklərin digər növü xroniki vezikulitdir ki, bu da
toxum kisəciklərinin xəstəliyidir. Bu halda kisəciklərin divarı
həddindən artiq həssas olur, ən kicik bir qiciğa belə kəskin cavab
verərək eyakulyasiya yaradir. Vezikulitlə bağlı erkən eyakulyasiya
zamani asağidakı hallar baş verir: prosesin dalğavari getməsi,
xəstəliyin tədricən kəskinləşməsi, eyakulyasiyanın çox vaxt cinsi
akta qədər baş verməsi, növbəti aktların birinciyə nisbətən bir az
uzun olması, spirtli içkilərin qəbulu nəinki prosesi gecikdirir,
əksinə daha da tezləşdirməsi, eyakulyasiyanın bəzən ağrılı olması,
cinsiyyət orqanının başı müxtəlif keyləşdiricilərdən istifadə
etdikdə fərqin olmaması və s.
Vezikulit çox vaxt prostat vəzidə olan proseslə paralel gedir. Ona
gorə də belə hallarda kompleks mualicə aparılmalıdır. Amma tək
prostatit erkən boşalmaya səbəb ola bilər. Bu zaman prostatitin
digər simptomları ilə yanaşı erkən eyakulyasiya da əsas
şikayətlərdən olur.
Sinir gərginliyinin cinsi əlaqəyə
təsiri
Sidik-cinsiyyət sisteminin digər xəstəliklərinə uretrit, sistit,
orxit, epididimit, böyrək daşı xəstəliyi, hiperaktiv sidik kisəsi,
pielonefrit, kolikulit (toxum qabarcığının iltihabı) ve digərləri
daxildir. Daxili orqanların həyat fəaliyyətinin pozulmasi (kortikal
və subkortikal strukturda qazanılmış və ya anadangəlmə
pozğunluqlar, onurğanın bel-oma nahiyəsində zədələnmələr, uroloji
iltihab prosesləri, sümüklərin və qarın boşluğu orqanlarının
travmasi və s.) da tez boşalmaya səbəb ola bilər. Hormonal
dəyişikliklər, hormonal disbalansın istənilən mərhələsində erkən
eyakulyasiyaya təkan verən amil ola bilər: xayalarda, hipofiz,
hipotalamus, böyrəküstü vəzi, qalxanvari vəzin funksiyasının
artması, mədəaltı vəzi, kuper vəziləri, uretranın selik vəziləri və
s.
Müxtəlif zəhərli maddələr - spirtli içkilər, nikotin, bəzi dərman preparatları erkən eyakulyasiyaya səbəb ola bilər.
Psixoloji dəyişikliklər səbəbindən baş verən eyakulyasiyaya isə aşağıdakılar aiddir: birinci cinsi əlaqə, ugursuzluqdan sonra qorxu, növbəti əlaqələrdə bunun təkrar olmasından çəkinmək, bunun sirr olaraq qalması ücün növbəti əlaqədən qaçmaq, tərəflər arasında inamın itməsi (bu hal günün çox hissəsini ancaq seks haqda fikirləşən kişilərdə büruzə verir), hər iki tərəf arasında ümumi anlaşmanın itməsi, xəyanət və s.
Xroniki sinir gərginliyi səbəbindən yaranan eyakulyasiya isə adətən bütün gün ərzində fiziki və zehni işlə məşğul olaraq istirahətə vaxt ayırmayan kişilərdə baş verir. Cavan yaşlarda tələsik cinsi aktlar və ya masturbasiyalardan sonrakı şərti refleks, cinsi aktı təcrübəsizlik ucundan idarə etmə təcrübəsinin olmaması, növbəti ugursuzluq qorxusu, çox erkən cinsi həyat buna misal ola bilər.
Psixogen mənşəli pozğunluqda cinsi aktin gedişatı asağıdakı kimi olur: cinsi aktlar arasındakı vaxt çox uzun çəkir, cinsi aktın müddəti müxtlif qadınlarla müxtəlif olur, növbəti aktin ereksiyanın zəif olması üzündən alınmaması, erkən eyakulyasiya çox vaxt cinsi zəifliklə bir yerdə baş verir, əlaqə zamanı fikri başqa tərəfə yönəltməklə aktın nisbətən uzadılması, çox az miqdarda spirtli içki vəziyyəti kəskin yaxşılaşdıra bilər və s.
Qazanılmış və ya anadangəlmə hiperaktivlik ( çox vaxt idmançılarda yüngül atletlərdə, üzgüçülərdə, futbolçularda, gimnastlarda, güləsçilərdə, boksçularda, velosipedçilərdə, ağır atletlərdə və s.) hiperhərəkətlilik, ətraf mühitə qarsı reaksiyaların həddindən artıq yüksək olması da erkən boşalmaya səbəb ola bilər.
Müalicə
üsulları
Erkən eyakulyasiyanın müalicəsi bir neçə mərhələdə aparılır:
psixoterapevtik (bu vaxt xəstəyə cinsi akt üzərində nəzarətin idarə
edilməsi izah olunur), medikamentoz müalicə (prostat vəzi və toxum
qabarcığının iltihab prosesində, sinir sistemində həddindən artıq
oyanıqlıq, penisin baş hissəsinin həssaslığının həddindən artıq
olması, erektil disfunksiyalar və s.)
Hazırda erkən eyakulyasiyanın 5
müalicə üsulu var:
1. Yerli müalicə və
seksterapiya
2. Farmakoterapiya
3. Refleksoterapiya
4. Psixoterapiya
5. Cərrahi yol
Amma bəzən eyakulyasiya 2-3 dəqiqə çəkməsinə
baxmayaraq, hər iki tərəf seksual həzz ala bilirlər. Bu zaman erkən
eyakulyasiya hər iki tərəfin razı qalması ilə nəticələndiyindən
xəstəlik hesab edilməyə bilər və müalicəyə də ehtiyac
duyulmaz.
Belə hallar yaşayan bütün kişilərə məsləhətim vaxtında həkimə
müraciət edərək erkən boşalmanı yaradan səbəbləri aradan
qaldırmaqdır. /tibb.az/
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO