Tabloid.az
Teatrdan təzə xəbər-FOTO
Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 20-də xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə açacaq.
Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə ötən
mövsüm hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət
xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl
Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
İki zəhmətkeş gəncin saf və təmənnasız məhəbbətindən,
qarşılaşdıqları çətinliklərdən bəhs edən ikihissəli məhəbbət
dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və
cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa
səsləyir.
Tamaşada əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və başqaları ifa edəcəklər.
Cəvahir Səlimqızı
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR