Tabloid.az
Sehrli çubuğu olan dirijorun ad günü oldu – FOTOLAR
Avqustun 20-si görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ xalq artisti Niyazinin ad günüdür.
Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək Maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Muzeydən Publika.az-a verilən məlumata görə, Niyazi mənzil-muzeyinin müdiri Rza Bayramov ziyarətə gələnlərə onun dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında ətraflı məlumat verib, dünya musiqi tarixində xidmətlərini xüsusi vurğulayıblar.
Daha sonra Niyazinin mənzil-muzeyində keçirilən “açıq qapı” günü
çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım
Abdinova maestronun həyat və yaradıcılığından geniş söhbət
açıb.
Vurğulayıb ki, Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq
məktəbinin formalaşması və inkişafında, ifaçılar nəslinin
yetişməsində Niyazinin böyük xidmətləri olub. Dünya şöhrətli
musiqiçi xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə
təbliğ edib.
Qonaqlara Maestro haqqında film, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər nümayiş etdirilib.
Musiqisevərlər gün ərzində Maestronun mənzil-muzeyini ziyarət ediblər.
Cəvahir Səlimqızı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır