Tabloid.az
Roza Zərgərli aparıcı olacaq
Müğənni Roza Zərgərli bu dəfə özünü aparıcı kimi sınayacaq.
Publika.az-ın məlumatına görə, ifaçı sentyabrın 15-dən ATV telekanalında “Bakı vaxtı ilə” verilişi ilə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi Azərbaycanın unudulmaz korifeylərini bir daha gündəmə gətirməkdir. Həftənin şənbə günləri yayımlanacaq proqramda mədəniyyətimizdə iz qoymuş sənətkarlardan danışılacaq. Verilişin ilk buraxılışı Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunacaq. Proqramda məhrum sənətkarın şəxsi həyatından tutmuş peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.
Qeyd edək ki, ilk verilişin qonaqları Arif Qazıyev, tarzən, xalq artisti Zamiq Əliyev, əməkdar artist Aybəniz Haşımova və Almaz Orucova olacaq.
“Bakı vaxtı ilə” verilişinin redaktor heyətində Tural Sevdimalıyev, Zabir Əliyev, Elnurə Nağıyeva yer alıb. Proqramın prodüseri Ataş Hüseyn, PR menecerləri Cavid Sayilov, Aytac Bayramzadə, direktoru isə Elşən Babayevdir.
Cəvahir Səlimqızı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu